Salyan rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan 16:00-dək "Salyan-Əhali" qovşağından Salyan rayonuna gedən orta təzyiqli kəmərdə qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Salyan şəhəri daxil olmaqla, rayonun Aşağı Kürkənd, Çuxanlı və Qaraqaşlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB