“Şahdəniz-2” layihəsi çərçivəsində ildə Türkiyəyə 16 milyard kubmetr qaz nəql olunacaq

“Şahdəniz-2” layihəsi çərçivəsində ildə Türkiyəyə 16 milyard kubmetr qaz nəql olunacaq

"Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qazın Türkiyəyə nəql olunması nəzərdə tutulur. Bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. İzmirdə imzalanmış anlaşmalarda Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədi ilə mövcud nəql sistemindən istifadə edilməsi və ya buna alternativ variant kimi yeni boru xəttinin inşası nəzərdə tutulub. Bu razılaşmanın məntiqi davamı olaraq, ilin sonlarına doğru Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyəti Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında "TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu" imzalandı. "TANAP" layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Layihə "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir.

Nəql marşrutunun seçilməsi prosesinin 2012-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə