ARDNŞ zavod şəraitində utilizasiyası mümkün olmayan kimyəvi məhsulların zərərsizləşdirir
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi müəssisələrində ötən əsrin 90-cı illərində istehsal edilmiş, lakin keyfiyyət göstəriciləri aşağı olduğundan istifadəyə yaramadığı üçün yığılıb qalmış və zavod şəraitində utilizasiyası mümkün olmayan kimyəvi məhsulların zərərsizləşdirir.
ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu işlər müəyyən müddətdir ki, "Təhlükəli Tullantılar" MMC-nin poliqonunda həyata keçirilir. Bu günlərdə İB-nin Səthi Aktiv maddələr, Etilen-polietilen və "Üzvi sintez" zavodlarında yığılıb qalmış bu tipli xlorparafin və plastifikatorların, latekslərin, poliqliserinin və digər kimyəvi məhsulların xüsusi nəqliyyat vasitələri ilə daşınaraq qeyd edilən poliqonda zərərsizləşdirilməsi və basdırılması başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB