Ötən ildə Novorossiysk limanından 1 milyon 988429 ton neft ixrac olunub

Ötən ildə Novorossiysk limanından 1 milyon 988429 ton neft ixrac olunub

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin dekabrında Novorossiysk limanından 155 min 663 ton, Supsa limanından 161 min 697 ton, Ceyhan limanından 1 milyon 645 min 23 ton xam neft ixrac edib.

ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümümilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 988 min 429 ton, Supsa limanından 2 milyon 652 min 111 ton, Ceyhan limanından isə 22 milyon 969 min 48 ton xam neft ixrac olunub.

İxrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə