Şəmkirili fermerlər payızlıq taxıl əkinindən daha çox məhsul götürmək niyyətdindədirlər
Şəmkirdə payızlıq taxıl səpini ötən illərlə müqayisədə daha artıq səpilib. Bu barədə SİA-nın Qərb bürosuna Şəmkir rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Pərviz Tağızadə bildirib.
Rəsmi stiatistikaya əsasən, Qərb bölgəsinin ən iri aqrar rayonlarından olan Şəmkirdə təxminən 14 min 466 hektar ərazidə payızlıq taxıl səpilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 266 hektar çoxdur.
Bundan əlavə 12 969 ərazidə isə ərazaq buğdası səpilib. Ümumiyyətlə, digər rayonlardan fıərqli olaraq Şəmkirdə fermerlərin taxıla marağı olduqca böyükdür. Belə desək, əhali kənd təsərrüfatının bu sahəsinii özünə əsas qazanc mənbəyi seçib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB