Dünya bazarlarında neftin qiyməti kəskin artıb. "Bloomberg" agentliiynə istinadən verilən məlumata görə, son bahalaşma ABŞ və Asiyada istehsalın fəallaşması, eləcə də, İrana qarşı son sanksiyaların İran neftinin nəqlində fasilələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.
London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 4,75 dollar artaraq, 112,13 dollara çatıb.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neft bir bareli 4,13 dollar bahalaşıb. ıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 102,96 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB