Regionlarda internet istifadəçilərinin sayı artır

Regionlarda internet istifadəçilərinin sayı artır

Ölkədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) tərəfindən tender keçirilib.

SİA-nın xəbərinə görə, "Azərbaycan Respublikasının regionlarında genişzolaqlı internet xidmətinin 2011-2013-cü illər üzrə inkişafı konsepsiyası"na uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, ADSL və digər şəbəkə avadanlığı ölkənin bir sıra bölgələrdə 236 kəndə quraşdırılıb. Qeyd edək ki, hazırda "Aztelekom.net" provayderinin respublikanın rayon və kəndlərində 20 min sürətli internet istifadəçisi var. Ən ucqar kəndləri nəzərə almaqla bu günlərdə daha 30 min abonent üçün genişzolaqlı internet xidmətindən istifadə imkanı yaradılib. Bununla yanaşı, bir sıra özəl provayderlər bölgələrdə fəaliyyət göstərir.

Hazırda bölgələrdəki ADSL avadanlığının montaj tutumu 100 min ədəd təşkil edir.İstehsalat Birliyi tərəfindən infrastrukturun yenilənməsi istiqamətində aparılan islahatlar 2012-ci ildə regionlarda genişzolaqlı internetin tətbiqində əsaslı dönüş yaradacaq və "Aztelekom. net" internet provayderinin istifadəçilərinin sayı dəfələrlə artacaqdır.

"Aztelekom" Azərbaycanda sabit rabitə şəbəkəsinin ən böyük milli operatorudur. Birliyin xidmət sahəsinə Naxçıvan Muxtar Respublikası və Bakı şəhəri istisna olmaqla, ölkənin bütün lokal telefon şəbəkəsi, beynəlxalq stansiya, məlumatların ötürülməsi və CDMA ilə yanaşı, internet-provayder şəbəkəsi də aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə