Bərdədə İstehlakçı Hüquqlarının qorunması mövzusunda konfrans keçirilib

Bərdədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti \"İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər\" mövzusunda konfrans keçirib.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonda keçirilən tədbirdə bir sıra qövlət qurumları ilə bərabər 400 yaxın istehlakçı iştirak edib. Mətbuata acıqlamasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev bildirib ki, Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-noyabr aylarında həyata keçirilmiş yoxlama-monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti keçmiş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 165,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1179,3 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 287,9 min manat maliyyə sanksiyası tətbiq olunub.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə