Şahin Mustafayev: \"Qeyri-neft sektorunun ÜDM-də çəkisinin 80%-ə çatdırılması nəzərdə tutulur\"
Azərbaycanda növbəti on il ərzində qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması gözlənilir. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusuna həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, qeyd olunan dövr ərzində qeyri-neft sektorunun ÜDM-də çəkisinin 80%-ə çatdırılması nəzərdə tutulur: \"Azərbaycanın iqtisadi inkişafından danışan nazir qeyd edib ki, son 7 ildə Azərbaycanda ÜDM 2 dəfə, sənaye məhsullarının istehsalı 2,8 dəfə, dövlət büdcəsi gəlirləri 9,3 dəfə, əsas kapitala yönəlmiş investisiyaların həcmi 2,9 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artıb. Qeyd olunan dövrdə ticarət tərəfdaşlarının sayı 147 ölkəyə çatdırılıb".
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB