İqtisadi İnkişaf Nazirliyi audiovizual məhsulların satışına qarşı yoxlama apardı

İqtisadi İnkişaf Nazirliyi audiovizual məhsulların satışına qarşı yoxlama apardı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti audiovizual məhsulların satışının qanunauyğunluğunun yoxlanılmasını davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 49Q və Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 44d ünvanlarında Aslan Bayramova məxsus mağazalarda aparılan yoxlama zamanı pirat audiovizual məhsulların satıldığı aşkar edilib.

Yoxlama zamanı mağazalarda müəllif və ya əlaqəli hüquqlar sahibinin razılığı olmadan istehsal edilən, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqları barədə məlumatlar göstərilməyən pirat audiovizual məhsulların satıldığı müəyyən olunub. Mağazalarda aşkar edilən 1079 ədəd pirat CD və DVD məhv edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə