İKT sahəsində xidmətlər 12,4 faiz artıb

İKT sahəsində xidmətlər 12,4 faiz artıb

Azərbaycanda yanvar-noyabr aylarında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 1,1 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,4 faiz çoxdur. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ümumi həcmin 72,8 faizi əhaliyə göstərilən xidmətlərə aiddir. Əldə olunan gəlirin 62,1 faizi mobil rabitənin payına düşüb. Bu, ötənilki göstərici ilə müqayisədə 4,4 faiz artaraq 687,4 milyon manat təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə