”Azərbaycanın təbii qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər”
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturunun işlənməsinin ikinci fazası çərçivəsində hasil olunacaq Azərbaycanın təbii qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, marşrutlarla bağlı təqdim olunan təkliflərə diqqətlə baxılır və öyrənilir: "İlin sonunadək marşrutun seçimi ilə bağlı qərarın qəbulu məqsədi qoyulmayıb. Əgər ilin sonunadək qərar qəbul edilməsə, onda bu proses gələn ilin birinci rübündə başa çatacaq"
ARDNŞ prezidenti "Nabucco" layihəsinin reallaşmayacağı və
artıq aktual olmaması barədə proqnozları da təkzib edib: "Mən bilmirəm, bu proqnozu
nəyə əsasən verirlər. "Nabucco" layihəsi TAP və ITGI layihələri ilə bir yerdə
baxılmaq mərhələsindədir. Azərbaycanın \"Şahdəniz\" qazkondensat
yatağının (ehtiyatalrının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium
hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O
cümlədən \"Cənub qaz dəhlizi\" marşrutuna baxılır. "Cənub dəhlizi"
layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji
tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin
enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko"
qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI
(Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB