"Ölkənin sosial-iqtisafi həyatında əhalinin vəziyyəinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində işlər davam edir. Uğurla həyata keçirilən sosial-iqtisadi işlərin nəticəsi olaraq 2010-ci ildə adambaşına düşən həcm 2,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, xarici ticarət dövriyyəsi 5,3 dəfə, ixrac 2,8 dəfə artıb". SİA-nın xəbərinə görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
O bildirib ki, dövlət büdcəsinin gəlirləri 9, 3 dəfə, büdcə kəsirinin ÜDM-ə olan nisbəti 0,9 faizə enib. Nazirin sözlərinə görə, ali gəlirlərin nominal artım tempi 4,5 dəfə, orta ıməka haqqı 4,3 dəfə, əmanətlər 12 dəfə artıb, ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollara çatıb ki, bu da xarici dövlət borucunu 8 dəfədən çox üstələyib.
"Son beş il ərzində Azərbaycanın ÜDM-da qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizədək artıb. 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə təmin olunmasına dair Dövlət Proqramının reallaşdırılması nəticəsində daxili istehsal hesabına əhalinin məhsullara olan tələbatının ödənilməsinə nail olunub. Son yeddi il ərzində ət istehsalı 1,9 dəfə, quş əti 2,4 dəfə, süd 1,3 dəfə, kartof 1,2 dəfə, meyvə istehsalı isə 1,3 dəfə artıb. Son 20 il ərzində ölkənin nəqliyyat sektorunda göstərilən xidmətlərin həcmi 2,7 dəfə, yük daşımalarının həcmi 2,3 dəfə, rabitə sektoru 88 dəfə artıb. Bu gün hər 100 nəfərə 20 kompüter və 60 internet istifadəçisi düşür. 2012 ci ildə milli peykin orbita çıxarılmasında mühüm inkişaf əldə olunub. Bu tədbirlər nəticəsində ÜDM-də özəl sektorun payı 80 faizi ötüb. 2004-cü ildən Azərbaycanda bir milyona yaxın iş yeri, 40 mindən artıq yeni müəssisə açılıb. Prezidentin meəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək illərdə də ÜDM və qeyri- neft sektorunun inkişafının 2dəfə artırılmasına, vətəndaşların həyat səviyyəsinin ilbəil güclənməsi mümkün olacaq", - deyə nazir Şahin Mustafayev əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB