Ceyhan limanından 2,3 milyon ton neft dünya bazarlarına çıxarılıb

Ceyhan limanından 2,3 milyon ton neft dünya bazarlarına çıxarılıb

Azərbaycanın 2011-ci ilin noyabr ayı ərzində 2 milyon 324 min 486 ton nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 milyon 896 min 647 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin dekabr ayının 1-ə qədər Ceyhan limanından 171 milyon 830 min 848 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Bütün xəbərlər Facebook səhifəmizdə