İzmir valisi: \"Azərbaycan və Türkiyənin müxtəlif sahələrdə hər iki ölkənin görə biləcəyi çox iş var\"
Azərbaycan və Türkiyə iş adamlarının məqsədi hər iki ölkədə ticarət dövriyyəsini artırmaq, turizm və digər sahələr üzrə əlaqələri daha da gücləndirməkdən ibarətdir. SİA-nın xəbərinə görə, bunu İzmir valisi Cahit Kıraç jurnalistlərə açıqlamasınd adeyib. O bildirib ki, bu istiqamətdə hər iki ölkənin edə biləcəyi çox iş var. C.Kıraç bundan sonra da qarşılıqlı işbirliyini artırmaq niyyətində olduqlarını deyib.
"Ona görə də Azərbaycanda keçirilən görüşlər yeni işlərin başlanğıcı ola bilər. Belə biznes forumunların İzmirdə də keçirilməsi mümkündür. Bu görüşmələrin beynəlxalq aləmdə daha da genişlənməsi istiqamətində işlər davam etdirilir. 2020-ci il üçün Türkiyə dünya ixracatına qoşulmaq niyyətindəyik. Bu layihədə də qardaş ölkə olan Azərbaycanla əlaqələri digər ölkələrə də çatdırmaq üçün dəstək gözlüyürük. Əgər Türkiyə 2020-ci il dünya ixracatına sahiblənirsə, bölgəmizin bütün sahələrdə başladacağı sahələrdə əməkdaşlığı daha da inkişaf edəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB