Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 1 milyard 400 milyon dollardır

Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 1 milyard 400 milyon dollardır

2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 1 milyard 400 milyon dollar təşkil edir. Onun 990 milyonu idxal, 400 milyonu isə ixracın payına düşür. SİA-nın verdiyi xəbərə görə, bunu Bakda keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, 2010-cu il müvafiq dövrü ilə müqayisədə bu il ölkənin ümumi ticarət dövriyyəsi 85 faiz, idxal 64 faizi ixrac isə 2,7 dəfə artıb. "Son 10 ildə Tükiyə şirkətləri tərəfindən Azərbaycana 2 milyard dollar həcmində investisiya yatırılıb. Müstəqillik illərində Azərbaycana ümumilikdə 100 milyard dollar həcmində investisiya qoyulub ki, bununda böyük əksəriyyəti xarici şirkətlərin payına düşür. 850-yə yaxın Azərbaycan şirkətinin Tükiyədə fəaliyyəti nəticəsində Türkiyə iqtisadiyyatına 4,5 milyard dollar investisiya yatırılıb. Bu gün minə yaxın türk şirkəti və 5 bank Azərbaycanda fəaliyyət göstərir.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə