2012-ci il dövlət büdcəsinin layihəsində əmək haqlarının artırılması üçün 800 mln. manatın ayrılması nəzərdə tutulub və pensiya təminatı sahəsində də məbləğ kəskin artıb. Maliyyə naziri Samir Şərifov bu gün parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, 2010-cu illə müqayisədə bu rəqəm 40% artıqdır.
Samir Şərifov əmanətlərin qaytarılmasına dair qanun layihəsinin yaxın vaxtlarda hazırlanıb Milli Məclisə təqdim ediləcəyini də bildirib.
"Biz digər müddətlərə keçmiş əmanətçilərin məsələlərinə baxmalıyıq. Bu, vacib məsələlərdən biridir. Bunun hüquqi tərəflərini öyrənib, çarəsini tapmalıyıq. Digər tərəfdən indeksləşdirmə məbləğlərini və müddəti dəqiq müəyyən etməliyik. Müvafiq qanun qəbul edildiyi təqdirdə 2012-ci ildə dövlət büdcəsində müvafiq vəsait ayırmaq imkanlarımız var",- deyə maliyyə naziri Samir Şərifov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB