\"Qara qızıl\" bahalaşıb

Neft yenidən bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,09 dollar və ya 1,1 faiz artaraq 1 barelə görə 98,01 dollar təşkil edib.

ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,15 dollar və ya 2,0 faiz artaraq 109,03 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə