\"Bu ilin 9 ayı ərzində qeyri neft sektorunda 9,2 faiz, aqrar sektorda isə 7 faizə yaxın artım müşahidə olunub\". SİA-nın verdiyi xəbərə görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov məlumat verib. O bildirib ki, bunlar davamlı olaraq müşahidə olunan müsbət artımlardır. Onun sözlərinə görə, son on ildə aqrar sektorda elə bir sahə yoxdur ki, orada artım müşahidə edilməsin. "Bu gün Avropanının aparıcı dövlətlərinin tanınımış şirkətləri Azərbaycana maraq göstərir və ölkəyə təşrif buyurur. Dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğı nəticəsidə biznes mühitinin yaxşılaşdırılmasına nail olunub. Aqrar sektorda sürtəli inkişafı təmin etmək üçün sahibkarlar bütün növ torpaq vergilərindən azad olunur, ölkədə subsidiya siyasəti aparılır və sahibkarlara texnika və toxumlar güzəştli şərtlərlə təqdim olunur",- deyə əlavə edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB