Artıq ölkə ərazisində fəaliyyət göstərən hər üç operatora 3G standartında rabitə xidməti göstərmək üçün lisenziya verildi. Ancaq hələ də, çoxları bu xidmətin nədən ibarət olduğunu bilmir. Çünki 3G standartında rabitə xidməti göstərmək üçün hələ bir neçə il öncə "Azərfon" şirkətinə lisenziya verilsə də, bu xidmət ölkədə populyarlıq qazana bilməyib.
Mütəxəssislər bunun səbəbini bu sahədə rəqabətin olmaması ilə izah edirlər. Hər üç operatora lisenziya verildikdən sonra isə, yaranacaq rəqabət mühiti sahəsində 3G standartının inkişafı üçün münbit şərait yaranacağı proqnozlaşdırılır.
Milli İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, hər 3 mobil rabitə operatoru bu xidmətləri göstərəndən sonra, istifadəçilər sürətli internetlə təmin olunmaqla yanaşı, həm də mobil xidmətlər bazarında ucuzlaşma baş verəcək. Mobil internetin qiyməti aşağı düşdükcə isə xidmətdən geniş istifadə edənlərin sayı artacaq. 3G sisteminin üstün cəhətlərindən biri də odur ki, bu sistem internetə daxil olma sürəti bir neçə dəfə yüksələcək ki, nəticədə 3-4 mb-lıq bir informasiyanı 15-20 saniyəyə mobil telefona və ya kompyuterə yükləmək mümkün olacaq. 3G sistemi telefonda görüntülü danışığa şərait yaratmaqla yanaşı, həm də mobil telefonda televiziyaya baxmaq imkanı yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB