“Xəzər: Ətraf mühit üçün texnologiyalar\" beynəlxalq sərgisi keçirilir
Bu gün "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə "Xəzər: Ətraf mühit üçün texnologiyalar\" Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə 13 ölkədən 76 şirkət iştirak edib. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Çexiya, Türkiyə və digər dövlətlər var. Sərgi çərçivəsində təbii ehtiyatların səmərəli istifadəsi, habelə külək, su və torpaq kimi bərpa ediləbilən resurslar sahəsində ən yeni layihələr təqdim olunub. Həmçinin sərgi çərçivəsində bir sıra ekoloji layihələr nəzərdə tutulub. Məsələn, Samur-Yalama milli parkının təqdimat mərasimi keçirilib. Sərgi həmçinin ekoloji turizim layihəsi ilə Azərbaycan Respublikasının Turizim Nazirliyi də iştirak edib. Bununla yanaşı həmçinin Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə iştirak edib.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB