Bu ilin doqquz ayında nəqliyyatda yükdaşıma və sərnişindaşımanın həcmi artıb

Bu ilin doqquz ayında nəqliyyatda yükdaşıma və sərnişindaşımanın həcmi artıb

Azərbaycanda bu ilin doqquz ayı ərzində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 152.6 milyon ton yük daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 4.5 faiz çoxdur.

Məlumatda bildirilir ki, həmin dövrdə 1.1 milyard nəfər və ya 7.2 faiz çox sərnişin daşınıb. Yük daşınması avtomobil nəqliyyatı ilə 9.6 faiz, dəniz nəqliyyatı ilə 11.1 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8.4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə