Ölkədə çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqramın hazırlanıb

Ölkədə çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqramın hazırlanıb

Hazırda çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqramın hazırlanıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazir qeyd edib ki, bu yaxınlarda müvafiq dövlət qurumları ilə müzakirə olunub: "Düşünürəm ki, bu yaxınlarda məsələ müsbət həllini tapacaq. Bu proqram Azərbaycanda çayçılığın ənənəvi olaraq inkişaf etdiyi və bu sahə üçün yararlı olan ərazilərdə həyata keçiriləcək".

İ.Abasov vurğulayıb ki, qarğıdalı da daxil olmaqla dənli bitkilərlə bağlı son statistik məlumatlar məlum olacaq: \"2 milyon 450 min ton ehtiyat toplanacaq ki, bu da keçən ildən 450 min ton, 2,5% çoxdur. Bu il pambıq və tütün istehsalında artım müşahidə olunur. Pambıq istehsalı cari il ötən ilkindən 50% çox olub. Bu sahənin gələcəkdə inkişaf etdirilməsi üçün dünya bazarında pambığın qiyməti artdıqca Azərbaycanda da pambıq sahələri genişlənəcək. Tütünçülükdə də vəziyyət eynidir – bazarda tələbat artdıqca, bu sahədə daha geniş inkişaf olacaq".

İ.Abasov vurğulayıb ki, bu gün artıq şuma aparılıb, səpin gedir. Keçən ilkindən 103-104% faiz artıq əkildiyini deyən nazirin sözlərinə görə, hələlik bu barədə söz demək tezdir.

"Əkin davam edir. Amma proqnoz bugünki qədərdir. Düşünürəm ki, məhsuldarlığımızın artırılmasına çalışmalıyıq. Məqsəd qoymuşuq ki, bütün məhsullar üzrə il ərzində 10 faiz artım olsun", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə