Neftin qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,1% azalaraq 1 barelə görə 93,19 dollar təşkil edib. SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,3% azalaraq 109,56 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə