Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İsveçrə Biznes Forumu keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə və bank, sənaye, ticarət, əmlak, səhiyyə və digər sahələri təmsil edən yüzdən çox iş adamı iştirak edir. Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunan uğurlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan sürətli iqtisadi inkişafa nail olub: \"Belə ki ölkədə sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli investisiya və biznes mühiti yaradılıb\".
İsveçrə konfederasiyasının dövlət müşaviri Cenevrə Kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unger çıxışında Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əlaqələrinin daha da genişlənməsində maraqlı olduğunu, Azərbaycan və İsveçrə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O qeyd edib ki, onun üçün hər iki ölkə böyük potensiala malikdir. İsveçrənin Azərbaycandakı səfiri isə çıxış edərək biznes forum və işgüzar görüşlərin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətini qeyd edib. Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayevin rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış edib.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB