Maliyyə Nazirliyi tender elan edir

Maliyyə Nazirliyi tender elan edib. Nazirliydən SİA-ya verilən məlumata görə, tender Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının və qayıdış şəhadətnaməsi blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması ilə bağlıdır. Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək odəmək) şərti ilə Lot-1 500 000 ədəd viza blankının, Lot-2 40 000 ədəd qayıdış şəhadətnaməsi blankının çapı təklif olunur. Tender proseduru 2011-cı ilin noyabr ayının 11-də saat 11ºº-da Maliyyə Nazirliyinin konfrans zalında (I mərtəbə, otaq № 101) keçiriləcək. Təkliflər 2011-cı ilin noyabr ayının 10-u saat 11ºº-dək nazirliyin Vergi siyasəti və gəlirlər şöbəsinin "Aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi" sektoruna təqdim olunmalıdır. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, viza blanklarının çapı (və ya buna oxşar) sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.


Bütün xəbərlər Facebook səhifəmizdə