Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,23 dollar və ya 2,6 faiz azalaraq 1 barelə görə 86,11 dollar təşkil edib.

Oktyabrın 19-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,76 dollar və ya 2,5 faiz azalaraq 108,39 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə