Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri artıb

Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri artıb

Bu ilin sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddət ərzində o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşıb.


İlin əvvəlindən ötən vaxt ərzində 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 8.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.5 faiz bahalaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə