2011-ci ildə bədən tərbiyəsi, gənclərə və turizm siyasətinə ümumilikdə 6,8 milyon manat vəsait ayrılıb. Cari ildə Azərbaycanın turizm imkanlarının nüfuzlu beynəlxalq telekanallarda təbliğatı üçün isə ayrılan vəsait isə 1,6 milyon manat təşkil edir. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu sahənin 2012-ci ildə də inkişaf etdirilməsi istiqamətində tədbirlər davam edəcək. Belə ki, yeni ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 250,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu isə əvvəlki illərdə ayrılan vəsaitdən xeyli çoxdur. Turizm sektorunda xərclərin strukturuna gəlincə, bu vəsaitlərin böyük əksəriyyəti mədəniyyət obyektlərinin təmirinə, yeni turizm komplekslərinin tikintisinə yönəldilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB