99,4 pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə alırlar

99,4 pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə alırlar

Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98,7 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədir Səlim Müslümov Avstriyanın "Superfund" beynəlxalq şirkətinin icraçı direktoru Ursula Kamperinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. DSMF sədri bildirib ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunmaqdadır. Onun sözlərinə görə, fondun rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilib: "1 milyon 930 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması mexanizmi seçilib".

U.Kamper bildirib ki, bu şirkət fondların tam avtomatlaşdırılan komputer-ticarət idarə sistemləri ilə təmin edilməsi sahəsində tanınmış şirkətdir. Avtomatik ticarət sistemlərinin məqsədi artan və azalan bazarlarda uzunmüddətli müsbət nəticə əldə etməkdir.

Görüşün sonunda DSMF ilə "Superfund" şirkəti arasında gələcəkdə əməkdaşlıq etmək istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə