Sumqayıt Texnologiyalar Parkında istehsal müəsissələri və potensialı olan alıcılarla görüş keçirib
Azərbaycan Respublikası iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Sumqayıt Texnologiyalar Parkında (STP) Azərbaycanda fəaliyyət göstərən istehsal müəsissələri və potensialı olan alıcılarla görüş keçirib. SİA-nın məlumatına görə, Şahin Mustafayev çıxışında bildirib ki, 2011-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru 8,5 % artmaqdadır: \"Bu dövrlərdə xarici ticarət dövriyyəsi həcmi 32% artaraq 24 milyard dollar təşkil edir. 2011-ci ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın həcmi, ötən ilin eyni dövü ilə müqayisədə 12% artıb. Azərbaycanda bu gün istehsal edilən qeyri-neft məhsulları, xüsusilə elektrik maşınları avadanlığı və onların hissələri, kimya sənayesi məhsulları, tikinti məhsulları, hazır toxuculuq məhsulları dünya ölkələrinə ixrac edilir\".
Qeyd edək ki, Azərbaycan sənayesində Texno Park yeni infrasturktur layihələri həyata keçirən nəhəng istehsal müəsissəsidir. Hazırda Texno Parkda 8 zavod fəaliyyət göstərir. 8 ay ərzində Azərbaycanda ümumdünya məhsulları 28 milyard dolları ötüb. Ermənistanda isə bu göstərici 2,2 milyard, Gürcüstanda 3,5 milyard təşkil edir. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan Qafqazın ən güclü dövlətidir.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB