Mərkəzi Bank - “MasterCard Worldwide”

Mərkəzi Bank - “MasterCard Worldwide”

Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində "Ödəniş kartları bazarında fırıldaqçılıq" mövzusunda seminar keçirilib.

Mərkəzi Bankın Kommunikasiya departamentindən SİA-ya verilən xəbərə görə, "MasterCard Worldwide"ın risk xidmətləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən keçirilən seminarda Azərbaycanın ödəniş kartları bazarında fırıldaqçılıq səviyyəsinin digər ölkələrlə müqayisəli təhlili, ödəniş kartlarının emissiyası və ekvayrinqdə fırıldaqçılığa qarşı mübarizənin təşkili mövzuları əhatə olunub. Seminarda həmçinin elektron ticarətdə risklərin idarə edilməsi mövzusunda iştirakçılara geniş məlumat verilib.

Seminarda yerli kommersiysa banklarının və Mərkəzi Bankın nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə