İlin sonuna kimi iri tutumlu heyvandarlıq kompleksləri istismara veriləcək

İlin sonuna kimi iri tutumlu heyvandarlıq kompleksləri istismara veriləcək
Bu il cins damazlıq heyvanların alınmasına 5 milyon manat vəsait ayrılıb. Kənd Təsərrüfatı nazirliyindən SİA-ya verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bölgələrdə iri tutumlu 200, 400, 500 və 1000 başlıq heyvandarlıq kompleksləri inşa olunur. Bu ilin sonuna kimi, Ağdaş, Ağcabədi, Ağdam, Kürdəmir və s. rayonlarda iri tutumlu heyvandarlıq komplekslərinin inşasının başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, bu sahədə aparılan islahatların aparılmasında məqsəd məhsuldar cins damazlıq heyvanların bazasını yaratmaq və onun hesabına ölkədə mövcud az məhsuldar yerli aborogen heyvanların cins tərkibinin yaxşılaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə