Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,91 dollar və ya 3,7% artaraq 1 barelə görə 82,59 dollar təşkil edib. SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,84 dollar və ya 2,7% artaraq 106,57 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə