6 il ərzində əhaliyə 318,7 milyon manat ipoteka krediti verilib
Cari ilin əvvəlindən dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 20 milyon manatdan 15,4 milyon manatı artıq ayrılıb. Azərbaycan İpoteka Fondundan SİA-ya verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında fondun xətti ilə 68,8 milyon manat məbləğində ipoteka krediti verilib: "Ümumilikdə 2006-cı ildən 2011-ci il oktyabrın 1-dək 318,7 milyon manat məbləğində ipoteka krediti verilib".
Qeyd edək ki, hazırda Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB