ARDNŞ-in yeni gəmisi istismara buraxılıb - FOTOSESSİYA

ARDNŞ-in yeni gəmisi istismara buraxılıb - FOTOSESSİYA

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndələri Xəzər dənizinə yeni gətirilmiş "Kaspian Provayder" təhcizat gəmisinin istismara verilməsi mərasimində iştirak ediblər.

SİA-nın məlumatına görə, yeni gəmi Norveçin \"SİMEK\" şirkətinin istehsalıdır. Gəminin uzunluğu 73,4 m, eni 16 m, baş mühərriklərin gücü isə 6300 at gücüdür. Gəmi Dinamik Tarazlaşma- DP-2 sistemi ilə də təmin olunub.

Mərisimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, alınan gəmi ARDNŞ-in Xəzər Dəniz Neft Donanma İdarəsi və "BYUİ Kaspian" şirkəti tərəfindən yaradılmış Alyansa daxil olan 16-ci gəmidir: "Bu gəmi Xəzər dənizində neft-qaz əməliyyatları keçirilməsində bizə yardımçı olacaq. Bildiyiniz kimi Xəzər dənizində görüləsi işlər çoxalıb və yeni gəmilərə tələbat arıtb. 2013-cü ilin birinci yarısında artıq Azərbaycanın gəmi tikintisi zavodunun tikintisi yekunlaşacaq və bundan sonra artıq biz belə müasir gəmiləri öz ölkəmizdə tikə biləcəyik. Eyni zamanda bu zavod Xəzər hövzəsində yeganə gəmi tikinti zavodu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə