Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq haqqında 4 saziş imzalandı

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq haqqında 4 saziş imzalandı

SİA-nın məlumatına görə, Azərbaycan və Rusiyanın İnquşetiya, Qaraçay-Çərkəs və Dağıstan Muxtar Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişləri, Sumqayıt və Nevinomıssk şəhərləri arasında isə qardaşlaşma haqqında saziş bağlanıb.


Qeyd edək ki, imzalanma Rusiya baş nazirinin müavini, dövlət başçısının Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycana səfəri çərçivəsində baş verib. Səfər zamanı A.Xloponini Şimali Qafqaz respublikalarını təmsil edən rəsmilər və işgüzar dairələrin nümayəndələri müşayiət edirlər. Rusiya nümayəndə heyətinin Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcəyi və ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edəcəyi, habelə ikitərəfli biznes-forumun keçirilməsi nəzərdə tutulur.


Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan və Çeçenistan arasında iqtisadi əməkdaşlıq üzrə saziş layihəsi də artıq imzalanma üçün hazırlanıb və onun yaxın vaxtlarda imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə