Xam neftin ixracında artım olub

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin sentyabr ayında Novorossiysk limanından 209 min 731 ton, Supsa limanından 331 min 286 ton, Ceyhan limanından 1 milyon 960 min 946 ton xam neft ixrac edib. SİA-nın neft şirkətinin rəsmi saytına istinadən məlumatına görə, ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 458 min 829 ton, Supsa limanından 2 milyon 90 min 95 ton, Ceyhan limanından isə 17 milyon 654 min 692 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə