Neftin qiyməti ucuzlaşıb

Dünya bazarında neftin qiymətinin sürətlə düşməsi prosesi davam edir. SİA-nın xəbərinə görə, qiymət ABŞ, Çin və Avropada mənfi iqtisadi göstəricilər fonunda ucuzlaşır. Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 2,94 dollar düşərək 79,20 dollar olub. Londondakı "ICE" birjasında is Brent markalı neft 1,19 dollar itirərək 102,76 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə