Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ilin sonuna kimi 3 milyard dollara çata bilər
Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyin rəhbəri Yuri Şedrinin cari ilin yanvar-avqust aylarında ikitərəfli ticarət əlaqələrin dinamikası və perspektivlərinə həsr olunan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, Yuri Şedrin bildirib ki, 2011-ci ilin yanvar-avqust aylarında Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələri dinamik inkişaf edib. Onun sözlərinə görə, ölkələr arasındakı əmtəə dövriyyəsi 1917,7 milyon ABŞ dolları təşkil edib və 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 62,9% artıb. O qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi bu ilin sonuna kimi 2,8-3 milyard dollar ola bilər.
"Bununla da Azərbaycandan Rusiyaya ixrac 72,7% artaraq 832,3 milyon dollar təşkil edib, Rusiyadan Azərbaycana idxal isə 56,1% artaraq 1085,4 milyon dollar təşkil edib. Azərbaycan üçün ticarət balansı 253,1 milyon ABŞ dolları məbləğində təşkil edib. Digər ölkələrlə müqayisədə Azərbaycanın liderliyini saxlamaq üçün Rusiya Azərbaycana idxalın payını 17,4% artırıb. Azərbaycanın ümumi idxalında Rusiya birinci yeri tutur və digər illərlə müqayisədə Rusiyanın burada payı 18,8% təşkil edir. Azərbaycanın ümumi ixracında Rusiya 5-ci yeri tutur və digər illərlə müqayisədə burada Rusiyanın payı 4,8 % təşkil edir. Azərbaycan üçün ticarət saldosu - 253,1 milyon dollar təşkil edib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB