2011-ci il avqust ayının 1-nə kimi kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8 milyard 345,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından SİA-ya verilən məlumata görə, bunun 3 milyard 543,6 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur. 2011-ci il avqustun 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 745,4 milyon manatı (49,3%) manatla, 1 milyard 798,3 milyon manatı (50,7%) isə xarici valyuta ilə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB