Natiq Əliyev: “Azərbaycana 60 milyard kub metr qaz lazımdır”
Azərbaycanda respublikasında hazırki dövrlə müqayisədə 1990-ci ildə bizim neft və qaz hasilatımız aşağı düşüb. Bu düşmə 1996-cı ilə kimi davam edib. Bunu SİA-ya açıqlamasında Sənaye və Energetika naziri Natiq Əliyev bildirib: "Həmin illərdə əgər Azərbaycan 9 milyon ton neft hasil edirdisə, hazırda 50 milyon ton yəni 5.5 faiz neft hasilatının artırılmasına nail olub. Qaz isə həmin dövrdə 5-6 milyard təşkil edirdisə, hal-hazırki dövrdə 28 milyard kub metr qazın hasilatı təşkil edir". Nazir həmçinin qazın hasilatının artırılmasının vacibliyindən də danışıb. Onun sözlərinə görə, hazırda Azərbaycana 60 milyard kub metr qaz lazımdır ki, gələcəkdə nəzərdə tutduğu bütün layihələri reallaşdıra bilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB