İqtisadi İnkişaf Nazirliyi dövlət müstəqilliyimizin 20-ci ildönümünü qeyd edib
"Caspian Fish" zavodunda baş tutan tədbirdə iqtisadi inkiaşf naziri Şahin Mustafayev, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və 60-adək ölkədən 300-dən çox nümayəndə iştirak edirdilər. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycanın müstəqillik qazanandan bəri keçdiyi əziyyətli yolları qonaqların diqqətinə çatdırıb.
"20 il tarix üçün ülə böyük bir müddət deyil. Məhz Azərbaycan Respublikası 20 il bundan əvvəl öz müstəqilliyini qazandı. İkinci dəfə müstəqilliyini qazanan Azərbaycan həm də Şərqdə qurulan ilk respublika kimi tarixə düşüb. 1918-ci ilin 28 mayında ilk respublikamız quruldu, amma sonra Azərbaycan SSRİ-nin tərkibinə daxil edildi. Məhz 1991-ci ildə xalqımız öz müstəqilliyinə qovuşdu. Lakin bu müstəqillik xalqımıza heç də asan başa gəlmədi. SSRİ-nın dağıldığı ərəfədə öz müstəqilliyini əldə etmək istəyən xalqımız 1988-cı ildən etibarən müharibəyə məcbur edildi. Bədxah qonşularımız bu müharibə nəticəsində torpaqlarımızın 20%-ə qədərini işğal etdilər. Çox təəssüf ki, o zamanlar dövlətçiliyin düzgün qurulmaması xalqın vəziyyətini get-gedə ağırlaşdırdı.
Mən bu 20 illik tarix ərzində müstəqil Azərbaycanın iqtisaidiyyatının keçdiyi yolu 3 yerə ayırardım: 1991-1994, 1995-2005, 2005-2011. Birinci mərhələ Azərbaycan iqtisaidiyyatının süqut dövrü idi. Bu dövrdə ÜDM, adambaşına düşən gəlir və s. iqtisadi göstəricilər hamısı azalmış, inflyasiya 1700%-dən çox olmuşdur. Əlbəttə ki, belə bir şəraitdə nə istehsaldan, nə də ki, sahibkarlıq fəaliyyətindən söhbət belə gedə bilməzdi. Məhz elə Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra bu vəziyyət tədricən düzəldi və nəhayət öz sürətli inkişaf yoluna qədəm qoydu.
İkinci mərhələdə isə iqtisadiyyatımız öz yeni inkişaf mərhələsinə qədəm qoymuş, ÜDM 90,1%, büdcə gəlirləri 3 dəfə, strateji valyuta ehtiyatları 85 dəfə artdı. İnflyasiya isə 2-3%-ə endirildi. Bütün maliyyə mənbələrinin hesabına ölkəyə ümumi həcmi 20 mlrd. dollar investisiya yatırıldı. 1994-cü ildə Ümummilli Liderimizin başçılığı ilə imzalanan "Əsrin Müqaviləsi" ölkədə yeni inkişafın təməlini qoydu. Bu mərhələdə aparılan islahatlar heç də asan olmadı, amma sonda öz uğurlu nəticələrini verdi. Nəhayət 3-cü mərhələdə yenə islahatlar davam etdi, bir çox sahələrə dövlət dəstəyi artırıldı, dövlət proqramları imzalandı. Məhz böhran ərəfəsində Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkə böhrandan üzüağ çıxdı. Bilirsiniz ki, böhran hələ də davam edir və belə şəraitdə Azərbaycan sərt büdcə, pul siyasəti apararaq böhranın təsirlərini minimuma endirir. Məhz Bu dövrdə 2009-cu ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan ən islahatcıl dövlət elan edildi. Ölkəmzi iqtisaidi islahatlarla yanaşı sosial yöndə də apardığı islahatlar öz səmərisini verməkdədir.
Son illər ərzində Azərbaycanda 2 mindən çox məktəb yenidən tikilərək istifadəyə verildi. Minlərlə ailəyə ünvanlı sisoal yardım verilməkdədir. Ölkəmizdə hər il minlərlə iş yerləri aşılır işsizlik get-gedə aradan qaldırılır. Məhz bu siyasətin nəticəsində ölkədə yoxsulluq səviyyəsi 44,7%-dən 9,1%-ə qədər azalıb".
Daha sonra tədbirdə çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkəmizin neft strategiyası haqda qonaqları məlumatlandırıb. X.Yusifzadə bildirib ki, 1994-cü ildə 11 transmilli neft şirkəti ilə bağlanan "Əsrin müqaviləsi\" ölkəmizin dünyaya inteqrasiyasının təməlini qoydu: "Məhz bundan sonra xarici şirkətlərlə aparılan səmərəli işlər öz nəticəsin verdi və hal-hazırda Azərbaycan neft-qaz ixracatçısına çevrilib. Məhz Ümummilli Liderimzin uzaqgörənliyi nəticəsində Azərbaycan artıq investisiya qəbul edən yox, eyni zamanda da öz gücünə lahiyələr həyata keçirən, investor ölkəyə çevrilib. Bu siyasət bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimiz bu sahəni daim diqqət mərkəzində saxlayır. Bu gün bizim məqsədimiz neftən gələn gəlriri qeyri-neft sektoruna yönəltməkdir və yalnız qeyri-neft sektorunun yüksək inkişafı nəticəsinə əhalinin sosial rifahını yaxşılaşdırmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB