Dəllal, sən sat!

İnkişaf etmiş, sivil ölkələrin daşınmaz əmlak bazarlarında gedən alqı-satqı əməliyyatı brokerlərin, dilerlərin vasitəsi ilə aparılması müəyyən mənada qanunauyğunluq şəklini alıb. Çünki sivil ölkələrin daşınmaz əmlak bazarlarında istehsalçı ilə istehlakçı bir çox halda bazarda görüşmürlər. Bu əlaqəni isə əksər hallarda bazarda onlar vasitəçilərin köməyi ilə qururlar. Azərbaycanda da bu cür əlaqələndiricilər var. Məhz apardığımız araşdırmalar göstərir ki, ölkə vətəndaşları heç də bazarda vasitəçilərin xidmətində maraqlı deyillər. Burda səbəb kimi onların vasitəçilərin əmlakını dəyərindən aşağı almağa çalışvfları, istədikləri xidməti onlara göstərə bilməmələrini göstərirlər. Əks cəbhə isə müştərilərin onların maraqlarını nəzərə akmadıqlarını deyirlər. Bəs onda problemin qaynağı nədir? Bu gün ev bazarında dəllal adlandırdıgımız rieltorlar fəaliyyət göstərir. Rieltorlar necə olmalıdır? Rieltorun ali təhsili olmalıdırmı? Onun şəxsi keyfiyyətləri bu işdə nə qədər rol oynayır? Bu və ya digər sualları həm rieltorlara, həm də ekspertlərə ünvanlanlayırıq. Binəqədi rayonunda rieltorluq xidməti göstərən Maqsud Həsənov bildirir ki, bu sahə üçün mütəxəsislər hazırlanmalıdır. Təəssüf ki, hal-hazırda ölkədə bu sahədə fəaliyyət göstərən insanların əksəriyyəti işsiz, ya da təqaüddə olanlardır. Belə olan halda əlbətdə ki, narazılıqlar meydana çıxır. Hər bir rieltor tikintidən, marketinq siyasətindən anlamalıdır. Bir də ki, qeyd etmək lazımdır ki, müştərilər də bəzən dəllalların hüquqlarını tapdalayırlar, onların xidmət haqqıların vermirlər. Bunun üçünsə əlbətdə ki, qanun qəbul olunmalıdır. Hal-hazırda bazar da sabit deyil, nə alıcı, nə də satıcı sövdələşmədə maraqlı olmur. Çünki qiymətlər dayanmadan dəyişə bilir. Burda isə satan daha baha satmağa, alan isə daha ucuz almağa səy göstərir. Sövdələşmə də baş tutmur. Rieltorların fəaliyyəti haqda danışan "MBA Ltd Qiymətləndirmə və Konsaltinq" şirkətinin direktoru Nüsrət İbrahimov qeyd edir ki, 1993-cü ildə özəlləşdirmə haqda qanun çıxdıqdan sorna bu fəaliyyət geniş vüsət alıb və burada problemlərin olması qaçılmazdı. "Bu gün ölkədə 120-130 rieltor şirkət fəaliyyət göstərir. Rieltorların sayına gəlincə isə tam dəqiq sayı bilməsəmdə hardasa bu rəqəm ölkə üzrə 8000-dən çoxdur".

Daha sonra şirkət direktoru rieltor fəaliyyətinin hər hansısa bir qanunla tənzimlənmədiyini, bu qanun qəbuluna "Rieltorlar Birliyi Asossasiyası"nın səy göstərdiyini bildirib. "Rieltor fəaliyyətinin qanunla tənzimlənməsi haqda hazırlanan plan artıq Milli Məclisə təqdim olunub və onun nə vaxt müzakirəyə çıxarılacağını isə dəqiq deyə bilmərəm". Hazırlanan qanun lahiyəsi ilə tanış olduğunu bildirən N.İbrahimov vurğulayıb ki, qanun lahiyəsində rieltorların təhsilli olması, müəyyən bir müddətdə iş təcrübəsinin olması, mütəmadi hazırlıq kurslarının keçirilməsi, onların dövlət reystrendən keçməsi eləcə də, onların hüquq və normalarının müəyyən olunması kimi bəndlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə