İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 4.8 faiz artaraq 285.8 min tona çatıb

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 4.8 faiz artaraq 285.8 min tona çatıb
Aqrar bölmədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 942.5 min hektar sahənin məhsulu toplanmış və həmin sahələrdən 2348.9 min ton məhsul götürülüb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, məhsuldarlıq 4.8 sentner artaraq 24.9 sentner olub. Yığım başlanandan tarlalardan 688.7 min ton, yaxud 38.0 min ton çox kartof, 962.0 min ton (31.5 min ton çox) tərəvəz, 295.8 min ton (47.7 min ton çox) meyvə və giləmeyvə, 442.1 min ton (66.7 min ton çox) bostan məhsulları, 24.0 min ton (855 ton çox) üzüm, 2114.2 ton (343.0 ton çox) tütün, 398.0 ton (17.8 ton çox) yaşıl çay yarpağı toplanıb.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 4.8 faiz artaraq 285.8 min tona, süd istehsalı 7.7 faiz artaraq 1070.9 min tona, yumurta istehsalı 16.3 faiz azalaraq 664.5 milyon ədədə, yun istehsalı 5.6 faiz artaraq 14.7 min tona çatıb.
Beləliklə, ötən səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 9.4 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib, o cümlədən bitkiçilik məhsulları istehsalı 13.7 faiz, heyvandarlıq məhsulları istehsalı 4.2 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə