Neftin qiymətində artım olub

ABŞ-da yanacaq ehtiyatı ilə bağlı hesabatın gözlənilməsi fonunda ötən gün neft 2 dollardan çox bahalaşıb. Məlumatı SİA "Bloomberg" agentliyinə istinadən verir. Beləki Nyu-York birjasında "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 2,02 dollar artaraq, 90,21 dollara çatıb.

London birjasında isə "qara qızıl" ucuzlaşıb. Bu birjada "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,31 dollar ucuzlaşaraq, 112,25 dollara düşüb.

Ekspertlər bunu Avropada iqtisadi problemlərin dəyişməsi ilə əlaqədar investorların narahatlıqları ilə əsaslandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com