Gəncədə yeni pambıq sortlarının təqdimatı olub - FOTOSESSİYA

Gəncədə yeni pambıq sortlarının təqdimatı olub - FOTOSESSİYA

Gəncə Regional Aqrar Elmi Tədqiqat Mərkəzi bu gün yeni pambıq sortlarını təqdim edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə aqrar elm sahəsində çalışanlar, həmçinin fermerlər və bir sıra aidiatlı təşkilatların mnümayəndələri iştirak edib. Bildirilib ki bu gün ölkənin yeri pambıq smortlarına böyük ehtiyacı var. Artıq bu prosses həyata keçirilir və tətbiqinə başlanılıb. Yerli sortlar yüksəsk aqrotexniki qulluq nətitcəsində 60 sentnerə yaxın məhsul vermək iqtidarındadır. Mütəxəssislərin fikirincə xaricdən ölkəyə kifayət qədər pambıq sortu gətirilir. Ancaq xarici növ sortlar gec yetişən olduğundan istənilən nəticə əldə olunmur. Apralın işlərdən fermerlərdə razı qalıb. Xüsusuən yerli sortların növbəli əkinə çatmsası marağı daha da artır.

Hazırda mərkəzdə Aznixi-195, Gəncə-10 və Gəncə-78 kimi sortlar yetişdirilir. Ümumumilikdə isə Gəncə Elmi Tədqiqat Mərkəzi 7 ilə yaxındır ki, yerli pambıq sortları yetişdirir. Əsas məqsəd xarici dövlətlərdən Azərbaycana gətirilən pambıq sortlarına təlabatı azaldmaqdır.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə