Azərbaycan Türkiyə vasitəsilə Tooway sisteminə qoşulacaq

Azərbaycan Türkiyə vasitəsilə Tooway sisteminə qoşulacaq

Azərbaycan Türkiyə vasitəsilə Tooway genişzolaqlı peyk rabitə sisteminə qoşulacaq.

Türkiyənin "Hürriyet" qəzetinə istinad edən SİA xəbər verir ki, Türkiyənin "Eser Telekom" şirkəti ilə "Eutelsat Communications" arasında imzalanmış müqavilə Azərbaycanı da əhatə edəcək.


Türkiyənin "Eser Telekom" şirkəti "Eutelsat Communications" kompaniyası ilə 5 milyon avro dəyərində 3 il müddətinə regional distrübitor müqaviləsi imzalayıb.


Müqaviləyə əsasən, Türkiyə şirkəti Türkiyə, Azərbaycan, Gürcüstan və İraqı yeni nəsil Tooway genişzolaqlı peyk rabitəsi xidməti ilə təmin edəcək.


"Eser Telekom"un bu müqaviləsi KA-SAT xidmətinin istifadə olunacağı Türkiyə, Azərbaycan, Gürcüstan və İraqı əhatə edən ən böyük anlaşmadır.

Bütün xəbərlər Facebook səhifəmizdə