Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları Xəzər Texniki Təlim Mərkəzində olublar

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşları Xəzər Texniki Təlim Mərkəzində olublar
ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bir qrup əməkdaşı Sənqəçal Terminalında yerləşən Xəzər Texniki Təlim Mərkəzində olublar. SİA-nın xəbərinə görə, səfərdə məqsəd təlim-tədris sahəsində peşəkar kadrların hazırlanması işinin təkmilləşdirilməsi üçün ikitərəfli əməkdaşlığın qurulması və müasir tələblərə cavab verən təlimlərin keçirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır. İdarənin əməkdaşları texniki təhlükəsizlik qaydaları ilə tanışlıqdan sonra Mərkəzin təlim otaqları və emalatxanalarla tanış olublar.

Bildirilib ki, beynəlxalq standartlara cavab verən bu Təlim Mərkəzi 2004-cü ildə Səngəçal Terminalının Genişləndirilməsi Layihəsi (STGL) çərçivəsində BP və tərəfdaşlarının layihələrində çalışan işçi heyətinin texniki bilik, peşə hazırlığını yüksəltmək məqsədi ilə açılıb. "Bp-Azərbaycan" Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Xəzər Texniki Təlim Mərkəzi "TTE-Petrofac" şirkəti tərəfindən idarə edilir. Burada il ərzində 400 nəfər operator və qazma texnikinə təlim vermək mümkündür. Sonra iştirakçıların diqqətinə çatdırılmışdır ki, Xəzər Texniki Təlim Mərkəzi təlim-tədris bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanmasına, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və mənəvi-psixoloji səviyyəsinin artırılmasına da köməklik göstərir.

Görüşdə ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Xəzər Texniki Təlim Mərkəzi arasında əməkdaşlığın genişləndirlməsi perspektivlərindən danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com