Avqust ayında BTC kəməri ilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub

Avqust ayında BTC kəməri ilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub
2011-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 894 min 468 ton Azərbaycan nefti nəql olunub. SİA-nın məlumatına görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 22 milyon 761 min 876 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 166 milyon 317 min 818 ton neft vurulub. Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 148 min 118 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə